Mədəni irsimiz

Laləzar körpüsü

Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayı üzərində yerləşən Laləzar körpüsü maraqlı memarlıq quruluşuna malikdir. 1867-ci ildə inşa edilən körpü düz oval şəklində tikilib. Bəzi mənbələrdə körpünün XVIII əsrdə tikildiyi qeyd olunur. . Körpünün uzunluğu 17 metr, eni 2,8 metr, hündürlüyü 4,5 metrdir. Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilmişdir. 
 
İşğal dövründə körpüyə ciddi zərər dəyməsə də, divarında onun inşa tarixini göstərən lövhə üzərindəki yazılar ermənilər tərəfindən silinib.