Təbiət

Həbəşistan çaqqalı

Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növüdür. Əvvəllər ona “Həbəşistan tülküsü” də deyirdilər, lakin uzun ayaqlarına görə “tülkü” adı ona  uyğun deyil.

 

Bədəninin uzunluğu 1 m, quyruğu 30 sm-dir. Hündürlüyü 50 sm və çəkisi 18-20 kq-a çatır. Bədəni qırmızı-qəhvəyi, boynu və çənəsi ağ rəngdədir. Ağzı tülkü kimi uzundur.

 

Həbəşistan çaqqalı Efiopiyanın bəzi dağlıq bölgələrində yayılmışdır. Ən əhəmiyyətli yaşayış yerləri Simen dağlarıdır. Yaşayış yeri ağaclar olmayan 3000–4400 m hündürlüklərdir.

 

2006-cı ildə aparılan araşdırmalara görə, cəmi 700 Həbəşistan çaqqalı qalıb, ona görə də onlar təhlükə altındadır.

 

Həbəşistan çaqqalı qidalanmada olduqca seçicidir.  Onun qidasının 96%-i siçanlardan ibarətdir. 

 

Sürü halında yaşayan Həbəşistan çaqqalları ov üçün əvvəlcə birlikdə axtarışa çıxırlar, lakin faktiki ov zamanı tək bir heyvan sürüdən ayrılır.

 

Gündüz daha aktiv olurlar.