Əlhambra sarayı
Əlhambra Sarayı Avropanın tarixi saraylarından biridir. Əlhambra ilk dəfə 889-cu ildə qala şəklində tikilmişdir.
“Əlhambra” ərəb mənşəli sözdür. Əlhambra Sarayı həm də "Qırmızı Saray" deməkdir.
İspaniyanın Qranada şəhərində yerləşən İslam mədəniyyətinin ən məşhur tikililərindən biri olan Əlhambra sarayının tikintisinə 1232-ci ildə Qranada əmirliyinin əmiri Məhəmməd Bin Nəsr dövründə başlanmışdır. Sarayın daxili tərtibatı, Məhəmməd Bin Ahmerdən sonra hakmiyyətə gəlmiş, Əbu Abdullah Məhəmməd, Əbu Həccac Yusif və V Məhəmməd tərəfindən Əlhambra sarayına əlavələr edilmiş və tikilinin daxili və xarici genişləndirilmişdir.
Əlhambra sarayında tikinti işlərinin davam etdiyi müddətdə, Əndəlüs vilayətinin digər şəhərləri olan Kardoba və Seviliyada müsəlmanlara qarşı qətliamlar törədilmişdir. Əlhambra sarayının daxili tərtibatı mürəkkəb formada tikilmişdir. Sarayın daxilində yerləşən çoxlu otaqların müxtəlif girişləri var. Sarayda onlarla hovuz, ziyafət zalı, bağçalar, fantanlar mövcuddur. Sarayın hündür dağın döşündə tikilməsi onu düşmənlərdən daim müdafiə etmişdir.
Saray 13 hektar ərazini əhatə edir. Saray UNESCO-nun Ümumdünya İrs Siyahısına da daxil olub.
Sarayda keçidlərlə bir-birinə bağlanan üç hissə var. Hər hissənin bağçası və fəvvarələri olan həyəti var.
18-19-cu əsrlərdə Əlhambra yararsız vəziyyətə düşdü. 1808-1812-ci illərdə Napoleonun əsgərləri Əlhambrada məskunlaşaraq sarayı tövlələrə və kazarmalara çevirdilər.
Bütün mənfi hadisələrə baxmayaraq, Əlhambra 19-cu əsrin sonlarında başlayan bərpa işləri, 20-ci əsrdə xarici ziyarətçilərin çoxalması nəticəsində geniş vüsət almış və sarayın tədricən əvvəlki şöhrətinə qayıtmışdır.
07.09.2023