Uzunburun meymun (lat. Nasalis larvatus) qeyri-adi böyük burnu, qırmızı-qəhvəyi dəri rəngi və uzun quyruğu olan köhnə dünya meymunudur. Cənub-Şərqi Asiyanın Borneo adasına endemikdir və əsasən manqrov meşələrində və adanın sahilyanı ərazilərində rast gəlinir. Bu növ köhnə dünya meymunlarının Colobinae ailəsinə aiddir. Onların ən xarakterik fiziki xüsusiyyəti, şübhəsiz ki, uzun burunlarıdır.
Burunları 10 sm olur. Quyruğu uzun olur. Erkək fərdlərin boyu 66 - 72 sm, çəkisi 22 kq-a çatır.
Dişilər bir bala doğur. Ana öz balasını, 7 ay südlə bəsləyir. Dişi meymunlar yetkinlik yaşına 7 ilində çatır. Erkəklərdə isə bu daha gec baş verir.
Onlar əsasən Tropik və Manqrov meşələrində yaşasalar da, çox nadir hallarda sudan uzaqda yaşayırlar. Borneo adasına endemik olan bu növə Burney, İndoneziya və Malayziyada da rast gəlmək olar. Onlar ümumiyyətlə çimərliklərdə və çay kənarlarında yaşayırlar. Yaxşı üzgüçüdürlər. Suyun altında 20 metrə qədər üzə bilərlər.

Uzunburun meymunların əsas qidasını yarpaqlar və meyvələr təşkil edir. Bəzən isə onlar bitkilərin çiçəkləri ilə qidalanırlar.
Hal-hazırda Uzunburun meymunlar üçün əsas təhlükə meşələrin qırılmasıdır. Üstəlik bu növ qanunsuz ovlanmadan əziyyət çəkir. Onlar xüsusi qorunma altına alınmasına baxmayaraq, onların bir növ kimi tükənmə təhlükəsi vardır.
28.09.2023