İbn Sinanın uşaqlığı
İbn-Sina uşaq olarkən onların qonşuluğunda Ömər adlı bir həmyaşıdı yaşayırmış.Ömərin ən çox işlətdiyi ifadə “Mənə ver”,İbn Sinanınkı isə “Nə üçün?” imiş:”Ömər var-dövlətli, İbn Sina isə səfeh və kasıb olacaq”.
Uşaqların əlinə pul düşəndə Ömər fındıq,İbn Sina isə kitab alırmış.Ömər fındığı yeyib qurtarana qədər İbn Sina kitabı oxuyub qurtararmış.
Onlar ikisi də bir sinifə gedirdilər. Müəllimləri də bir idi.
Bir dəfə müəllim sinifdə Ömərin atası ilə söhbət edərkən İbn Sinanı tərifləyib onu Ömərə nümunə göstərdi.Ömərin atası etiraz etdi: “Axı onlar eyni yaşdadırlar, həmişə bir yerdədirlər,eyni məktəbə, eyni müəllimin yanına gedirlər. Bu necə ola bilər?”
Müəllim uşaqları sinifdən çıxarıb Ömərin nalçasının altına kərpic,İbn Sinanın nalçasının altına isə dəftər qoydu.Sinifə qayıdan uşaqlar öz yerlərində əyləşdilər.Ömər heç nə hiss etmirdi.İbn Sina isə narahat görünürdü.Müəllim İbn Sinaya dedi:
-Oğlum,nə üçün narahatsan?
İbn Sina cavab verdi:
-Bilmirəm,ya mən böyüdüm ,ya da tavan aşağı gəldi.
Sonra müəllim ovucunu yumub Ömərə dedi:
-Oğlum,ovucumun içindəkinin buynuzu,quyruğu,dörd qıçı var.Özü də qaradır.Tap görüm,ovucumda nə var?
-Tapdım,camışdır.
Müəllim Ömərin atasını kənara çəkib dedi:
-Görürsünüz,oğlunuzun savadı var,amma müşahidə qabiliyyəti,dərrakəsi yoxdur.
03.10.2023