Bu maraqlıdır!

Nahuel Huapi

Argentinada yerləşən Nahuel Huapi Milli Parkı 1903-cü ildə Argentinanın məşhur təbiətşünası doktor Fransisko Perito Morenonun (1852–1919) sayəsində yaradılmışdır. Parkın adı əsas görməli yerin - Nahuel Huapi gölünün şərəfinə adlandırılıb. Parkın ərazisi 800 min hektara yaxındır. İlk vaxtlar  8000 hektar ərazini əhatə edən parkın ərazisi 1907-ci ildə 43 min hektara qədər genişləndirildi və 1922-ci ildə indiki ölçüsünə çatdı. 1934-cü Nahuel Huapi Argentinanın ilk milli parkı oldu.

 

Burada pudu, cücə maral, armadillo, viscacha, siçan opossum və s. kimi maraqlı heyvanlara rast gəlmək olar. 

 

Parkın cazibəli yeri,  bəzəyi sayılan dəniz səviyyəsindən  767 m yüksəklikdə yerləşən, təxminən 70 km uzunluğu və 530 kvadratmetr sahəsi olan Nahuel Huapi gölüdür. 

 

Göldə 3700 hektar ərazisi olan Viktoriya adası var. 

 

Argentinada milli parklar üç zonaya bölünür.


Birinci zonaya təbiət əraziləri və ya toxunulmaz zonalar daxildir.


İkinci zonaya müxtəlif səbəblərdən deqradasiyaya uğramış ərazilər daxildir.


Üçüncü zona isə  rekreasiya zonalarından - yollar, mehmanxana kompleksləri, obyektlər və xidmət müəssisələri və s.-dən ibarətdir.Argentinalı ekoloqlar hesab edirlər ki, üçüncü zonanın ərazisi azaldılmalıdır.