Asteriks parkı
Fransanın şimal hissəsində, Parisin mərkəzindən 38 km məsafədə yerləşən Asteriks əyləncə parkı 1980-ci ildən bəri ziyarətçilərinə məşhur cizgi film qəhrəmanı Qalliyalı Asteriksinin dünyasını və macəralarını çatdırır. Park 120 hektar ərazini əhatə edir.
Parkın yaradılmasının təşəbbüskarlarından biri A.Uderzodur.
Fransanın ən yaxşı dörd əyləncə mərkəzindən biri olan Asteriks parkı, hər il 1,8 milyondan çox ziyarətçi qəbul edir.
Müxtəlif əyləncə proqramları və böyük oyun meydançası ilə Avropanın hər yerindən gələn qonaqlar həm uşaqların, həm də özünü əyləncəyə həsr edən hər kəsin sevimlisinə çevrilib. Burada 6 tematik sahə, 40 fəaliyyət növü var.
Asteriksdə həmçinin iki teatr, stereo kinoteatr, sirk və hətta Avropanın ən böyük delfinariyası var. Geniş çeşidli qastronomiya müəssisələri - özünə xidmət göstərən yeməkxanalardan tutmuş dəbli restoranlara qədər, onlardan biri çimərlikdə yerləşən "pirat gəmisində" yerləşir.
Payız, qış və yaz aylarında Asteriks parkı səhər saat 10:00-dan 18:00-a qədər (iş günləri), həftə sonları və bayramlarda isə səhər 09:00-dan axşam 18:00-a qədər açıqdır. İyul və avqust aylarında park hər gün səhər 9-dan axşam 9-a qədər açıqdır.
13.10.2023