Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. III fəsil

PUSQUDA 


Səhər miss Uotson paltarımı korladığım üçün məni yamanca danladı. Dul qadın isə heç nə demədi, yalnız şamın mumunu və gili təmizlədi; o elə kədərli idi ki, mən bu vaxt özümü bacardıqca daha yaxşı aparmağı qət etdim. Sonra miss Uotson məni kiçik anbara aparıb duaya başladı, ancaq bundan heç bir şey çıxmadı. O mənə tapşırdı ki, hər gün dua edim - onda nə istəsəm ona nail olaram. Bunun bir faydası olmayacaqdı. Amma mən yenə də sınadım. Dua oxuyub özümə qarmaqsız bir tilov istədim. Ancaq qarmaqsız nəyimə gərək idi. Mən üçdörd dəfə dua oxuyub qarmaq dilədim, amma heç nə çıxmadı. Bu günlərdə miss Uotsondan xahiş etdim ki, mənim əvəzimə də dua oxusun, o isə məni axmaq deyə təhqir idi və heç demədi də ki, nə üçün. Mən beləliklə də başa düşmədim ki, bu nə məsələdir. 

 

Bir dəfə mən meşədə xeyli oturub hey bu haqda fikirləşdim. Öz-özümə dedim ki, əgər adam özünə dua ilə istədiyini diləyə bilərsə, bəs onda dyakon1 Uinn donuz əti satarkən çəkdiyi zərərin pulunu nə üçün geri diləmir? Nə üçün dul qadın özünün oğurlanmış gümüş tütün qutusunu dua ilə diləyə bilmir? Nə üçün miss Uotson özünün kökəlməsi üçün dua oxumıır? Yox, deyə özüın özümə cavab verdim, burada nə isə belə deyildir. Gedib dul qadından soruşdum, o isə belə dedi: yalnız "mənəvi nemətlər" üçün dua etmək olar. Bunu mən heç cürə başa düşə bilmədim; sonra o mənə belə izah etdi: bu o deməkdir ki, mən gərək başqalarına kömək edəm, onlardan ötrü bacardığım hər şeyi edəm, həmişə onların qayğısını çəkərm, özüm haqqında qətiyyən düşünməyəm. Mən belə başa düşdüm ki, gərək miss Uotsonun da qayğısını çəkəm. 

 

Mən meşəyə gedib hey fikirləşdim, götür-qoy etdim və heç cürə başa düşə bilmədim ki, bunun özgə adamlardan başqa mənə nə xeyri vardır. Sonra belə qət etdim ki, bu barədə daha başımı partlatmayım - bəlkə elə belə də keçinmək mümkün oldu. Bəzən elə olurdu ki, dul qadın mənə Allahın peşəsi haqqında nağıl etməyə başlayırdı, həm də elə maraqlı nağıl edirdi ki, adamın lap ağlı gedirdi; o birisi gün isə bir də görürdün ki, miss Uotson yenə öz dediyinin üstündə israr edir və yenə mənim ağlımı çaşdırır. Mən axırı belə başa düşdüm ki, iki Allah vardır, dul qadının Allahı ilə günahkar birtəhər keçinə bilər, amma elə ki, miss Uotsonun Allahının çənginə keçdi, onda vay halına. Mən bütün bunları ətraflı düşünüb belə qət etdim ki, əgər mən ona lazımamsa, onda yaxşısı budur əvvəlcə dul qadının Allahının yanına gedim; amma heç cürə ağlıma sığışdıra bilmirdim ki, mən onun nəyinə lazımam və bir balda ki, heç bir şey bilmirəm, özümü yaxşı aparmıram, əslən də adi nəsildənəm, onda məndən ona fayda nədir. 

 

Mənim atamı şəhərimizdə bir ildən artıq idi ki, görən yox idi, buna görə də lap arxayınlaşmışdım; mən onu bir daha görmək istəmirdim. Mən onu yaxınlıqda veyllənən görəndə çox vaxt meşəyə qaçırdımsa da, ağlı başında olanda əlinə keçən kimi məni yamanca döyürdü. Elə təxminən bu vaxtlar onu şəhərdən on iki mil yuxarıda çaydan çıxartmışdılar, bunu mən camaatdan eşitmişdim. Bu qərara gəlmişdilər ki, bu elə onun özüdür ki, var: boğulan adam atam boyda imiş, üstbaşı cır-cındır, saçları da çox uzun imiş; bütün bunlar atamın əlamətlərinə çox bənzəyirmiş, ancaq sifətini heç cür müəyyən edə bilmirmişlər: suda o qədər çox qalıbmış ki, sifətində bir sifətlik yox imiş. Deyirlərki, o çayda arxası üstə üzürmüş. Onu sudan tutub çıxarmış və sahildə basdırmışdılar. Ancaq mən o qədər də sevinmədim, çünki bir şey yadıma düşdü. Mən çox gözəl bilirdim ki, suda boğulmuş kişi çayda sifəti yuxarıya yox, aşağıya üzməlidir. Bax, buna görə də mən fikirləşib belə qərara gəldim ki, bu heç də mənim atam deyil, əynində kişi paltarı olan suda boğulmuş bir qadınmış. Elə buna görə də mən yenə narahat olmağa başladım. Elə hey gözləyirdim ki, qoca bax bu saat gəlib çıxacaq, mən isə bunu qətiyyən istəmirdim. 

 

Biz, demək olar ki, bir ay qaçaq-qaçaq oynadıq, sonra isə mən bundan əl çəkdim. Mənim kimi bütün uşaqlar da. Biz heç kəsi nə soyduq, nə də öldürdük, yalnız özümüzü gicliyə qoymuşduq. Meşədən qaça-qaça çıxıb donuz çodarlarının, yaxud da bazara göyərti və tərəvəz aparan qadınların üstünə atılırdıq, ancaq heç vaxt heç kəsə toxunmurduq. Tom Soyyer donuzlara "külçə qızıl", turpa və göyərtiyə isə "daş-qaş" deyirdi. Mağaraya qayıtdıqda biz nələr etdiyimiz və nə qədər adam öldürüb yaraladığımız ilə öyünürdük. Ancaq mən bundan bizə nə xeyir olduğunu gormürdüm. Bir dəfə Tom uşaqlardan birini yanan kösövlə qaça-qaça bütün şəhəri dolaşmağa göndərdi; Tom buna "parol" (bütün quldur dəstəsirün bir yerə yığışması üçün işarə) deyirdi; sonra o bizə dedi ki, öz kəşfiyyatçılarından gizli bir məlumat almışdır, guya sabah varlı ərəblərin və İspaniya tacirlərinin qiymətli daş-qaşlarla yüklənmiş iki yüz fildən, altı yüz dəfə və min qatırından ibarət böyük bir karvanı gəlib mağaranın yaxınlığında dayanacaqdır, bunları isə vur-tut dörd yüz əsgər qoruyur, belə ki, biz pusqu qurub onların hamısını qırar və qəniməti ələ keçirərik... O bizə əmr etdi ki, qılınclarımızı itiləyək, tüfənglərimizi təmizləyək və hər cəhətdən hazır olaq. O, qılıncları itiləmədən və tüfəngləri təmizləmədən şalğam yüklənmiş arabaya belə hücum edə bilmirdi, halbuki, bunları itiləməyin heç bir mənası yox idi. Çünki bunlar şotka dəstələri və adicə taxtalar idi, onları nə qədər itiləsən də düzəlməyəyəkdir. Mən bu qədər ispaniyalını və ərəbi qıracağımıza heç cür inana bilmirdim, ancaq dəvələrə və fillərə baxmaq könlümdən keçirdi; buna görə də o biri gün - şənbə günü, əlüstü ora gəlib başqaları ilə birlikdə pusquda əyləşdim; işarə verilən kimi kolların arasından sıçrayıb dağdan aşağı cumduq. Ancaq orada heç bir ispaniyalı və ərəb yox idi; dəvələr və fillər də yox idi. Demə, bu, vur-tut bazargünü məktəbin ekskursiyası, həm də təkcə birinci sinif imiş. Biz onların üstünə atılaraq uşaqları bütün vadi boyu qovub pərakəndə saldıq. Ancaq qoğal və mürəbbədən başqa heç bir qənimətimiz olmadı, hə, bir də Ben Rocers əsgidən düzəldilmiş bir gəlincik, Co Harper isə bir dua kitabı və təsəlliverici bir kitabça ələ keçirtdi; sonra isə onların müəlliməsi dalımızca gəldi, biz də bütün bunları atıb qaçmağa başladıq. Mən heç bir qiymədi daş-qaş və başqa şey görmədim, bunu beləcə də Tom Soyyerə dedim. O isə inandırmağa çalışırdı ki, bu şeylər orada olub: yığın-yığın qiyməlli qaş-daşlar da, ərəblər də, fillər də və hər cür şeylər də. Mən ondan soruşdum: 
- Bəs onda nə üçün biz heç bir şey görmədik? 

O isə dedi: 

 

- Əgər sən heç olmazsa bir şey bilsəydin, "Don Kixot" adlanan kitabı oxumuş olsaydın, onda belə sorıışmazdın. Burada bütün məsələ ovsundadır. 

Demə, doğrudan da, orada yüzlərlə əsgər, fillər, daş-qaş və hər cür başqa şeylər də varmış, ancaq bizim qarşımıza düşmənlər, Tomun dediyi kimi, sehrbazlar çıxıbmış, bütün bunları da onlar bizim acığımıza bazargünü məktəbinə çeviribmişlər. Mən Toma dedim:

- Eybi yoxdur, onda biz gərək bu sehrbazlara hücum edək. Ancaq Tom Soyyer məni "axmaq" deyə təhqir etdi. 

- Sən nə danışırsan, - dedi. 

- Axı sehrbaz cin və şeytanlardan ibarət böyük bir qoşun çağıra bilər, onlar səni bir göz qırpımında "ana" deməyə macal tapmamış doğram-doğram doğrayarlar. Axı onlar ağac boydadırlar, enləri isə kilsə enindədir. 

- Yaxşı, - dedim, - əgər biz də cin və şeytanları özümüzə köməyə çağırsaq, onda onları - o birilərini qıra bilərik, ya yox? 

 

- Axı, sən onları necə çağıracaqsan? 
- Bilmirəm. Bəs onlar necə çağırırlar? 
- Necə? Köhnə tənəkə lampanı və ya dəmir üzüyü sürtürlər, o vaxt cinlər və şeytanlar hər tərəfdən tökülüşüb gəlirlər, göy guruldayır, ildırım çaxır, hər yeri duman bürüyür, onda cinlərə və şeytanlara nə əmr etsən, o saat yerinə yetirirlər. Topdağıtmaz bürcləri dibindən qoparıb çıxartmaq və onunla məktəb direktorunun və ya hər hansı bir kimsənin taraqqadan başına çırpmaq onlar üçün heç bir şey deyil. 

- Onlar kimdən ötrü belə çalışırlar? 

 

- Lampanı və ya üzüyü sürtən adama itaət edirlər və onun buyurduğu hər bir şeyi yerinə yetirməlidirlər. Əgər o buyursa ki, xalis brilyantdan qırx mil uzunluğunda bir saray tikib içini saqqızla və ya istədiyin hər bir şeylə doldursunlar, yaxud Çin imperatorunun qızını oğurlayıb sənin üçün arvad gətirsinlər - onlar bunların hamısını etməlidirlər, həm də bir gecənin içində, gün çıxana qədər görüb qurtarmalıdırlar. Hələ bu nədir: onlar bu sarayla bütün ölkəni dolaşıb sənin kefin haranı istəsə oraya aparmalıdırlar, başa düşdünmü? - Bilirsən nə var, - deyə cavab verdim, - məncə, əgər onlar bu sarayı özləri üçün saxlamayıb, boş-boşuna veyilənərək belə bir fürsəti əldən qaçırırlarsa, demək, qanacaqsızdırlar. Hələ bu azdır, əgər mən cin və ya şeytan olsaydım, bu lampanı da onların başına çırpardım. işimdən-gücümdən ayrılıb onun yanına cumacağam ki, nə var, nə var o, bir zibili orada sürtüb. 

 

- Söz danışdın da, Hek Finn. Axı o lampanı sürtəndə sən istədinistəmədin, onun yanına getməlisən. 

 

- Nə? Boyca ağacdan böyük, yoğunluqda kilsədən də yoğun olsamdamı? Yaxşı, eybi yoxdur, mən onun yanına gedərəın; ancaq inan ki, onu o yerlərdə tapılan on uca ağacın başına qovub çıxardaram. 

 

- Eh, Hek Finn, səninlə danışmağın mənası yoxdur. Sən, deyəsən, heç bir şey başa düşmürsən, elə bil tamam sarsaqsan. Mən iki, ya üç gün bu barədə fikirləşdim, sonra belə qət etdim ki, özüm baxım görüm, bunda heç olmazsa bir həqiqət var, ya yox. Köhnə tənəkə lampa və dəmir üzük götürüb meşəyə getdim, hindlilər kimi tər töküncəyə qədər onları hey sürtdüm. Öz-özümə belə fikirləşirdim: saray tikdirər və sataram; ancaq heç bir şey çıxmadı, heç bir cin, şeytan gəlmədi. Belə ki, məncə bütün bu cəfəngiyatı Tom Soyyerin özü toqquşdurub, necə ki, həmişə toqquşdurur. O, deyəsən, ərəblərin də, fillərin də olduğuna inanıb, mən isə başqa cürəm: o saat hiss etdim ki, bu bazar günü məktəbidir.