Kaziranqa Milli Parkı
Hind kərgədanlarının ölkəsi, əsas qorunma sahəsi sayılan Kaziranqa Hindistanın Assam ştatında, Brahmaputra çayı vadisində təmiz və yaşayış olmayan bataqlıq savanna bölgəsində yerləşir.
Bir vaxtlar Brahmaputra vadisinin çox hissəsi meşələr və ya savannalarla örtülmüşdü. Lakin 19-cu əsrin sonlarında burada dəmir yolu çəkməyə, meşələri qırmağa, çay plantasiyaları salmağa başladılar. 1938-ci ildə E. Gee Kaziranqanı kəşf edən ilk avropalı oldu. Kaziranga 1949-cu ildə vəhşi təbiət qoruğu və 1968-ci ildə milli parka çevrildi.
Onun indiki ərazisi 43 min hektar ərazini tutur. Milli parka getmək üçün Dehlidən Kəlkütəyə, oradan isə kiçik Cərhat şəhərinə getmək lazımdır.
Hər il yağışlı mövsümdə parkın üçdə ikisi su ilə örtülür.
Parkda gəzmək qadağandır, lakin fiziki cəhətdən də bunu etmək mümkün deyil. Hətta quru mövsümdə də 4-6 m hündürlükdə kolları yarmaq çətindir. Yağışlı vaxtlarda hətta vəhşi fillər, camışlar və digər iri heyvanlar da yaxınlıqdakı təpələrdə sudan gizlənirlər. Dünyanın tək buynuzlu kərgədanlarının üçdə ikisi burada yaşayır. Kaziranqa dünyanın qoruma bölgələri arasındakı ən çox pələngə sahib olanıdır.
1985-ci ildən, park YUNESKO-nun Dünya irsi siyahısındadır.
19.10.2023