Bu maraqlıdır!

Şirin kartof

Vətəni Mərkəzi Amerika sayılan, lakin daha çox Asiyada istehsal olunan və bir çox qitədə və ölkələrdə, xüsusən də Uzaq Şərq ölkələrində tələbat olan gülüş çiçəkləri ailəsindən olan şirin kartof adi kartof  ilə müqayisədə, tərkibində qlüten olmadığı üçün lifli, kalorili və qidalandırıcıdır.

 

Şirin kartof bitkisinin yarpaqları uzun saplı, ürəkşəkilli və ya palmat lobludur. Çiçəkləri iri, qıfvari, ağ, çəhrayı və ya solğun bənövşəyi, yarpaqların qoltuqlarında oturaqdır. Mülayim iqlim zonasında bitki demək olar ki, çiçəklənmir. Meyvəsi 4 toxumlu kapsuldur, toxumları qara və ya qəhvəyi rəngdədir (diametri 3,5-4,5 mm). 

 

Liflə zəngin olan şirin kartof həm bağırsaqları tənzimləyir, həm də sağlamlıq üçün inanılmaz faydaları var.

 

Tərkibi manqan, A və C vitaminləri ilə zəngindir. Şirin kartof içərisində çoxlu miqdarda su saxlayır. Bu xüsusiyyəti ilə arıqlama proseslərində kömək edir. Şirin kartofdan kifayət qədər su almaq hüceyrələrə maye axınını sürətləndirir.

 

Şirin kartofun narıncı rəngi tərkibindəki antioksidanlarla bağlıdır. Tərkibində çoxlu antioksidanlar var.