Bu maraqlıdır!

Səhra yarışları

Yarışlar dünyanın bütün yerlərində keçirilir. Ən çətin yarışlardan biri səhralarda keçirilən yarışlardır. Səhralarda yanacaq doldurma məntəqələri yoxdur, buna görə bu avtomobillərin 350 litr (77 qallon) tutum qabiliyyəti var. Bu isə adi avtomobilin tutum qabiliyyətindən beş dəfə çoxdur.


Səhra yarışları çimərlikdəki hamar səthli qum üzərində olan yarışlar deyil. Səhra yarışları yuxarı qalxan və kəskin surətdə aşağı enən qum təpələri və daşlı torpaq üzərində keçirilir.


Səhra yarış komandasına yarışda iştirak edən avtomobildən əlavə bir çox nəqliyyat vasitələri daxildir. Bunlardan hər biri müəyyən şəkildə köməklik göstərir. Onlar dəstək xarakterli nəqliyyat vasitələri adlanır. Bəzi böyük yarış komandalarının helikopterləri də olur. Onlar hər hansı bir problemi yarış avtomobilindən öncə müəyyən etmək üçün istifadə olunur.


Citroen ZX- Fransız avtomobilidir. O, Şimali Afrikada yerləşən Saxara səhrasında yarışır. Avtomobildəki ikinci sürücü əsas sürücüyə hansı yolla sürməyi göstərir. Avtomobilin içindəki boş yer bəzi ehtiyat hissələri, istifadə materialları və çoxlu miqdarda su üçün nəzərdə tutulur. Avtomobillər xarab olduqda avtomobilə dəstək heyəti tərəfindən təmir edilir.