Nağıllar, hekayələr

Appi yolu

Appi yolu qədim zamanlarda regina viarum və ya “yollar kraliçası” kimi tanınan böyük Roma yollarının ən qədimi və ən məşhurudur. Appi yolu (lat. Via Appia) – Romada ilk dəfə çaydaşı ilə döşənmiş yoldur. 

 

Appi yolunun uzunluğu 570 km-dən çoxdur, eni  isə 4–4,5 m-dir. 

 

Yolun tikintisi e.ə.312-ci ildə senzor Appi Klavdinin dövründə başlanmışdır.

 

Yol kütləvi bazalt bloklarla döşənmişdir. Əhəng məhlulu ilə yapışdırılmış bloklar elə qoyulmuşdur ki, yol səthi qabarıq formada olsun ki, su ondan tez axsın. Yolun bəzi hissələri dayaz yarğanları keçən bəndlərin yanından keçirdi. Bu yolu 1780-ci illərdə Roma və Alban gölü arasında tikilmiş eyni adlı başqa yoldan fərqləndirmək üçün bəzən Köhnə Appi Yolu da deyilir.