Nağıllar, hekayələr

Xanım Mehdixanlı. Bala ayının səyahəti

Həmişə olduğu kimi nağıllar belə başlar, biri vardı, biri yoxdur. Qədim şəhərin yaxınlığında palıd, vələs, cökə ağaclarından ibarət sıx bir meşə vardı. Buranın çaqqal, boz canavar, şələquyruq tülkü, oxatan kirpi, çəpgöz dovşan, buynuzlu maral, dağ keçiləri, əyripəncə ayıdan ibarət sakinləri var idi. Az qala qonur ayı balasını unutmuşdum. Bir də bütün meşə sakinlərinin sevimlisi qonur ayı balası vardı. Həm gözəl, həm ağıllı olduğundan meşə sakinləri onu çox istəyirdilər. Bala ayı hər şeylə maraqlanır, anasına meşə sakinləri haqqında çoxlu suallar verirdi. Demək olar ki,meşədəkilərin hamısını tanıyırdı.


Bir dəfə bala ayı səslər eşidib mağaradan boylananada qəribə canlılar gördü.


Anasını səslədi:

-Ana, bura bax, bunlar kimdir? İlk dəfədir görürəm.


Ana ayı əli silahlı ovçuları görən kimi balasını susdurub mağaraya çəkdi.
-Sus! Övladım, bunlar bizlərin düşməni olan insanlardır.


Anasının həyəcanlandığını görən bala ayı soruşdu:

-Ana, sən onlardan niyə qorxursan?


Bax, oğlum, bizim pəncəmiz insandan güclüdür, amma onların əlində silah var. Həmin silahla bir anda hamımızı öldürə bilirlər.


Bala ayı anasını dinlədikcə onda insanları yaxından tanımaq istəyi yarandı.
-Axı insanlar harada yaşayır? Niyə bizləri öldürülər? Biz ki, onların yaşadığı yerə heç getmirik. Bala ayı bir neçə gün götür-qoy edib, nəhayət anasından gizli insanların yaşadığı yerə gedib onları yaxından görmək qərarına gəldi. Meşədə tapdığı cığırla az gedib, çox gedib dərə -təpə düz gedib, axır ki, meşədən çox da uzaq olmayan köhnə şəhərə gəlib çatdı. Bala ay əvvəl eşitdiyi qəribə səslərdən çaşdı, bu nədir? Yanından sürətlə gedənlər nə ola bilər? Onların məskənində belə sürətlə yalnız dağ keçiləri qaça bilir. Deyəsən içərisində isanlar da var. Bala ayı ilk dəfə idi avtomobil görürdü. Yol kənarında dayanmış boş avtomobilin üzərinə çıxıb hətta oradan üzü aşağı mayallaq da aşdı. Yer necədə hamardır, pəncəmi rahat qoya bilirəm daha meşədəki kimi çör-çöp barmaqlarımı yaralamır. Bu insanalar nə yaxşı yerlərdə yaşayırlar, yoxsa bizim kimi qışda palçıqda meşədə gəzə bilmirəm. Axşam düşənə qədər bala ayı şəhəri gəzib dolandı.

 

Kənarda toplaşıb ona maraqla baxan insanları görüb düşündü.


Bu nədir? Deyəsən axı insanlar məndən qorxur. Mən ki onlara heçnə etmirəm?
Bala ayı axşamdan ac idi. Görəsən, yemək haradan tapa bilərəm?- ətrafa boylandı.


İnsanların toplaşdığı şüşəli yerdən keçəndə burnunu xoş qoxu qıcıqlandırdı. Bala ayı bilmirdi bura insanların yeməkxanasıdır. Pəncəsini qapıya dayayıb içəri boylansa da içəri keçə bilmədi. Qapı arxadan bağlanmışdı. İnsanlar ona şüşə arxasından bəziləri təəccüb , bəziləri isə maraqla baxırdılar. Donquldandı, amma onun dilini insanlar anlamadılar.

-Axı insanlar niyə belə edir, özləri ləzzətlə yeyir mənə heç nə vermirlər. Bala ayı ona yaxınlaşan baytarın əlindəki dərman silahını yemək bilib sevindi. Bir neçə dəqiqədən sonra ;
Oy! Mənə nə oldu? -başım gicəllənir, gözlərim qaralır, deyəsən insanların səsləri də yaxınlaşır.


Bir neçə dəqiqədən sonra bala ayının xüsusi qapalı maşına yerləşdirib meşəyə apardılar. Bala ayı nə qədər yuxuladığını bilməsə də gözlərini açanda doğma meşəni gördü. Demək, meşədə doğulmuşam, bura mənim vətənimdir, burada da yaşamalıyam.


Ayı balası şəhər gəzintisini ömür boyu xatırlayacaqdı.Onu da bilirdi ki, insanlar onu yaxşı qarşılamadıqları kimi o da heç vaxt meşəyə gələn insanları xoş qarşılamayacaqdı.