Təbiət

Qamışlıq pişiyi

Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növüdür. Antropogen təsirlər altında sayı azalan həssas növdür.

 

Bədəninin uzunluğu 94 sm-ə qədər, çəkisi 16 kq-a qədər olur. Dişilər erkəklərdən kiçikdir. Ayaqları hündür, quyruğu nisbətən qısadır (30 sm-ə qədər), qulaqlarında xırda tumurcuqlar var. Bədənin rəngi bozumtul və ya qırmızımtıldır; pəncələrdə tünd eninə zolaqlar, 3 eninə halqalı quyruq və qara ucu var. Burnu çəhrayıdır. Pəncələrin yasdıqları çılpaqdır, üzərində xəz yoxdur, qara rənglidir.

 

Qamışlıq pişiyi  xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir.  Ömrünün uzunluğu 15 ildir. 

 

Kiçik Asiya və Ərəbistandan Hindustan, Şri-Lanka və Hind-Çin, həmçinin Şimal-Şərqi Afrikada (Nil Deltasında) yayılmışdır. Azərbaycanda yayılma ərazisi Samur-Dəvəçi düzənliyini, Quba-Qusar rayonunun dağətəyi yerlər, Xəzər dənizinin sahillərini əhatə edir. Kür, Araz, Alazan çaylarının sahillərində də rast gəlinir.
 
Əsasən, qunduz, gəmiricilər (tarla siçanları, siçanlar və ərəbdovşanları) və suda üzən quşlarla qidalanır. Tısbağa, ilan, kərtənkələ ilə qidalanırlar.