Təbiət

Kaşalot

Kaşalot- balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növüdür. 

 

35-50 ton ağırlığında və uzunluğu 20 metrə çatan nəhəng balina haqqında əsrlər boyu nağıllar danışırdılar - gözəl, dəhşətli, lakin reallığa uyğun gəlməyən. Kaşalotun bədən uzunluğunun təxminən üçdə birini təşkil edən nəhəng bir başı var. Bədən forması damcıvaridir. Erkəklərdə baş bədənin 1/3-ni, dişilərdə 1/4-ni təşkil edir. Baş bədəndən az nəzərə çarpan boyunla ayrılır. Bədəni qara-palıdı, ya da tünd-boz rəngdədir. 

 

Əsasən başayaqlı molyusklarla qidalanırlar. Dişi kaşalot bir bala dünyaya gətirir. Cinsi yektinliyə dişilər 4, erkəklər 4-5 yaşlarında çatırlar.