Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXI fəsil

Günəş çoxdan yüksəlmişdi, biz isə dayanmadan üzür, hey uzaqlara gedirdik. 


Azca sonra kral ilə hersoq da yuxudan ayıldılar. Bərk sərxoşluqdan sonra başları ağrıyırdı. Onlar suya baş vurub çimdikdən sonra halları xeyli yaxşılaşdı. 


Səhər yeməyindən sonra kral salın kənarında oturub ayaqqabılarını çıxartdı, şalvarını dizlərinə qədər çirməyib sərinləmək üçün ayaqlarını suya salladı, sonra trubkasını yandırıb "Romeo və Cülyetta"nı əzbərləməyə başladı. Öz rolunu kifayət qədər öyrəndikdən sonra hersoqla birlikdə məşq etməyə başladılar. Hersoq kralı öyrədir və hər bir sözü dəfələrlə təkrar etməyə, ah çəkməyə, əlini ürəyinin başına qoymağa məcbur edirdi; nəhayət, hersoq bildirdi ki, pis çıxmır. "Ancaq, - deyə o, sözə başladı, - siz nahaq yerə öküz kimi: - "Romeo!" deyə böyürürsünüz; siz gərək incə və nazla deyəsiniz: "Ro-o-meo!" Axı Cülyetta hələ lap uşaqdır, quzu kimi mülayim və mehriban bir qız eşşək kimi anqıra bilməz!" 


Onlar sonra hersoqun, palıd ağaclarından yonub düzəltdiyi iki uzun qılıncı götürüb, qılınc döyüşünü məşq etməyə başladılar: hersoq dedi ki, onun özü ÜI Riçard olacaqdır. Onların, ayaqlarını tappıldadaraq salın üstündə bir-birinin üzərinə necə hücüm çəkdiklərinə baxmaq çox maraqlı idi. 


Elə bir balaca məşq etmişdilər ki, kral sürüşüb suya düşdü; bundan sonra onlar bir qədər dinclərini alıb keçmiş zamanlarda həmin bu çayda başlarına gələn sərgüzəştləri bir-birlərinə nağıl etməyə başladılar. 
Nahardan sonra hersoq dedi: 
- Hə, Kapet , bizim tamaşamız gərək birinci dvirəyəli tamaşa olsun, buna görə də, mən elə düşünürəm ki, ona nə isə bir şey əlavə etmək laztmdır. Hər halda  "bis üçün" gərək nə isə yaxşı bir şey hazırlayaq.
 - Bos bu "bis üçün" nə deməkdir? Hersoq bunu ona başa salıb dedi:                                                             
- Mən "bis üçün" şotland rəqsi, yaxud matros rəqsi ifa edərəm, siz isə... dayanın, fikirləşmək lazımdir... Aha, yadıma düşdü!.. Siz Hamletin monoloqunu oxuya bilərsiniz. 
- Hamletin nəyini? 
- Hamletin monoloqunu. Məgər bilmirsən? Şekspirin əsərinin ən məşhur yeridir. Təmtəraqlı, olduqca təmtəraqlı şeydir! Tamaşaçıların diqqətini həmişə cəlb edir. Bu monoloq mənim kitabımda yoxdur, məndə yalnız bir cilddir, ancaq mən onu hafizəmdə canlandıra bilərəm. Salın üstündə bir qədər gəzişim, görüm həmin sətirləri yada sala bilərəm, ya yox. 


Sonra o, qaşlarını çataraq, salın üstündə o tərəf-bu tərəfə gəzişməyə başladı, qaşlarını gah yuxarı dartır, gah əliylə alnını sıxır, gah mütiylə geriyə çəkilir, gah ah çəkir, gah da göz yaşı axıdırdı. 
Ona baxmaq adama ləzzət verirdi. 


Nəhayət, o hər şeyi yadma salıb bizi qulaq asmağa çağırdı, Çox təmtəraqlı bir vəziyyət alıb, bir ayağını qabağa atdı, əllərini yuxarı qaldırdı, başını dala gərib göyə baxa-baxa var gücü ilə bağırmağa başladı; o, dişlərini qıcayır, ulayır, əlləri ilə sinəsinə döyür, şeri ifadə ilə oxuyurdu, bir sözlə, bu vaxtadək görmüş olduğunu artistlərin hamısı onun heç ayağının altı da ola bilməzdi. 
Budur monoloq, onu əzbərləmək mənim üçün çox asan idi, amma hersoq onu krala çox vaxta öyrətdi: 


Ölməkmi, qalmaqmı? Budur məsələ! 
Birnam meşəsi Dunsinana gedənədək, 
Dəniz əleyhinə silahlanmaqmı? 
Ağır məşəqqətli uzun həyata 
Dayanıb dözməkmi? Budur məsələ! 
Maqbet sən qaçırtdın şirin yuxumu 
Bəlam buna görə uzanıb artdı! 
O biri dünyaya getməmişkən biz, 
Süpürüb atarıq müsibətləri. 
Sən Dunkanı oyadarsan! Qoy olsun. 
Gecə vaxtı məzarın, o xəbərsiz dünyanın 
Yarılaraq taybatay açılarkən qapısı: 
Qara geyib bu dünyanın dərdlərinə, zülmünə     
Tiranların qüruruna, güclülərin təhqirinə 
Deyin görüm, kim dözərdi, kim dözərdi? 
İnsan ağlı təbiətin zülmü ilə solğunlaşar, 
Məsəldəki pişik kimi qaçıb gedər 
Göy üzünü örtmüş olan qara buludlar. 
Canlıların qisməti bu.. bu yaxşıdır, 
Bir arzudur, bir istokdir.Ölmək - uyumaq! 
Ey sevimli Ofeliya! Ey pəri! 
Mərmər kimi ağır əngini qapa, 
Monastıra get, rahibliyə get!


Bu monoloq qocanın çox xoşuna gəldi, tezliklə bunu əzbərləyib, kefin istədiyindən də yaxşi oxumağa başladı. O elə bil ki, bundan ötrü doğulmuşdu, bunu möhkəm öyrənib, var səsilə oxumağa başladıqda isə necə gözəl çıxdığına adamı heyran olurdu; o ifadə ilə oxuyarkən qeyzlənir, coşur, az qala dəridən çıxırdi. 


İlk fürsət düşən kimi hersoq teatr afişaları çap etdi, bundan sonra isə salda iki, ya üç güıı hər şey kəllə-mayallaq oldu, əllərində qılınc hey döyüşür, hersoqun dediyi kimi məşq edirdilər. 
Bir gün səhər, Arkanzas ştatınm lap içərilərində olduğumuz vaxt irəlidə, çayın burulub döndüyü yerdə miskin kiçik bir şəhər gördük. Şəhərə dörddə üç mil qədər qalmış, salı kiçik bir çay qolunun ağzında gizlətdik; burada sərv ağacları elə sıx bitmişdi ki, onların altı tunelə oxşayırdı. Cimdən başqa hamımız qayığa minərək, tamaşamızı orada səhnəyə qoyub-qoya bilməyəcəyimizi öyrənmək üçün şəhərə getdik. 


Baxtımız yaman gətirdi, həmin gün, gündüz şəhərdə sirk çıxış edirdi, camaat at belində və cırıltı qoparan köhnə arabalarda kəndlərdən axışıb gəlməkdə idi. Sirk axşama yaxın oradan köçüb getməli idi, buna görə də bizim tamaşamız lap yerinə düşmüşdü və müvəffəqiyyət qazana biləcəkdi. Hersoq məhkəmə binasının zalım icarəyə götürdü, biz afişaları yapışdırmağa getdik.


Afişaları yapışdırdıqdan sonra şəhəri dolaşmağa başladıq. Burada, demək olar ki, bütün dükanlar və evlər köhnə idi, divarları quruyub çatlamışdı, çoxdan bəri rənglənməmişdi; bütün bunlar o qədər köhnə idi ki, yerində güclə dururdu. Evlər taxta ayaqlara bənzər dirəkləri üstündə, yerdən üç-dörd fut yüksəklikdə durmuşdu; bu ona görə belə idi ki, çay daşanda gəlib onları batırmayaydı. Evlərin qabağında bağçalar da vardı, amma bu bağçalara dəlibəngdən və günəbaxandan başqa heç bır şey bitməmişdi; bağçalarda gül və toz-torpaq içərisində yırtıq uzunboğaz çəkmələr və başmaqlar, sınıq şüşələr, əsgi-üsgü və paslı tənəkələr atılıb qalmışdı. Müxtəlif ölçülü taxtalardan bir-birlərinə hər nə cür gəldi mıxlanmış barılar əyri-üyrü idi, bu barılardakı dərbəçələrin bircə həngaməsi vardı - o da gön parçasından idi. Bəzi yerlərdə barılar hətta əhənglə ağardılmışdı, ancaq görünürdü ki, lap çoxdan, bəlkə də hersoqun dediyi kimi, Kolumb dövründə ağardılmışdı. Bir qayda olaraq bütün bağçalarda donuzlar eşələnirdi, ev sahibləri çıxıb onları qovlayırdı. 
Şəhərdəki bütün dükanlar bir küçə boyu düzülüb gedirdi. Onların üstündə kətan örtüklər asılmışdı, kəndlərdən gələn alıcılar öz atlarını həmin örtüklərin bərkidilmiş olduğu dirəklərə bağlayırdılar. Şəhərin tənbəl və avara adamları bütün günü örtüklərin altına qoyulmuş boş yeşiklərin üstündə əyləşərək, Barlou firmasının cib bıçaqları ilə taxta yonur, ağızlarına tütün alıb çeynəyir, sonra da əsnəyərək gərnəşirdilər, düzünü desək, bunlar çox avara camaat idi. Hamısının başında az qala zontik boyda, sarı rəngli həsir şlyapalar vardı, pencək və jiletləri isə yox idi, hamısı bir-birini sadəcə olaraq, Bill, Bak Xenk, Co və Endi deyə çağırır, tənbəl-tənbəl, səslərini uzada-uzada danışır, soyüşsüz keçinə bilmirdilər. Demək olar ki, hər bir dirəyin altında, əllərini şalvarının ciblərinə salıb dirəyə söykənmiş bir avara görmək olurdu; o, əllərini ciblərindən yalnız özünü qaşımaq və ya birisinə çeynəmək üçün tütün verməkdən ötrü çıxarardı. Elə eşitdiyin bu olurdu: 


- Xenk, mənə bir az tütün borc ver! 
- Verə bilmərəm, özümə bir çeynəm qalıb. Get Büldon istə. 
Ola bilsin, Bill ona verəcəkdi, ola bilsin də ki, aldadıb deyəcəkdi yoxdur. Elə avaralar vardı ki, nə bir sent pulu, nə bir çimdik tütünü olurdu. Belələri yalnız borc almaqla dolanırdılar, yoxsa ömürlərində tütünün heç üzünü də görməzdilər. 
Avaralar adətən öz dostlanna deyir: 


- Cek, mənə bir qədər tütün borc versənə, mən axırıncı payımı indicə Ben Tomsona verdim. 
Belələrinin dediyi həmişə yalan olurdu; yalnız özgə adam inanıb tora düşə bilərdi, Cek isə buralı idi, buna görə də belə cavab verirdi: 
- Son ona tütün vermisən? Doğradanmı? Ona pişiyin nənəsi verib, sən yox. Leyf Bakner, məndən aldığını qaytar, onda mən sənə lap iki ton borc verərəm, heç qəbz də almaram. 
- Axı mən bir dəfə borcumu qaytarmışam. 
- Bəli, qaytarmısan, altı çeynəm. Yaxşı, satın alınmış tütün alıb əvəzində tənbəki qaytarmısan. 
Satın alınmış tütün - preslə sıxılmış lay tütündür, həmin oğlanlar isə daha çox sadəcə eşilmiş yarpaq tütün çeynəyirdilər. Onlar tütünü borc alanda onu adi qayda üzrə bıçaqla kəsmirdilər, bütöv bir bağlısını ağızlarına alıb dişlərilə gəmirir və əllərilə o qədər qoparırdılar ki, axırda bağlı tütün yarıya bölünürdü. Belə olduqda bubağlı tütünün sahıbi özünə qaytarılan qalığa məyus-məyus baxaraq kinayə ilə deyirdi: 
- Bilirsənmi nə var: mənə bir çeynəmlik ver, bütöv bağlısını isə özünə götür. 


Şəhərin bütün küçə və dalanları tamam zir-zibil və palçıq içərisində idi; bəzi yerlərdə ən azı bir fut dərinlikdə, qalan yerlərdə isə iki-üç düyüm dərinlikdə qatran kimi qara palçıqdan başqa heç bir şey yox idi. Hər yerdə bu palçığın içərisində donuzların eşələnib xorudadığını görürsən. Bir də görürsən ki, hər yeri tamam palçığa bulanmış bir donuz öz çoşqaları ilə tənbəl-tənbəl küçə ilə gəlir və yolun lap ortasında yerə sərilir, adamlar da hərlənib kənardan keçməli olurlar, donuz isə əl-qolunu açıb uzanır, gözlərini qıyıb qulaqlarını tərpədir, çoşqalar da onu əmir. Donuz çox xoşhal və məmnundur, elə bil ki, bundan ötrü ona maaş verirlər. Bu vaxt avaralardan biri gəlib çıxır və var səsi ilə qışqırır: 
- Ey, ey köpək! Tut onu, tut! 


Donuz qulaqbatırıcı bir zingilti qopararaq qaçir, bir-iki it isə gedib onun qulaqlarından yapışır, daldan da üç-dörd düjün it onun arxasınca götürülür; bu vaxt avaralar hamısı yerlərindən qalxır və itlər gözdən itincəyədək onların ardınca baxırlar; bu onlara çox gülməli gəlir, ümumiyyətlə, onlar belə bir hay-küyün qopmasından çox məmnun olurlar. Sonra onlar yenə öz yerlərində əyləşir və itlər təzədən boğuşuncayadək oradan qalxmırlar. Onları itlərin boğuşmasından başqa heç bir şeylə yerlərindən tərpədib sevindirə bilməzsən; bir küçə itinə skipidar sürtüb, onu alışdırdıqda, yaxud quyruğuna bir tənək qab bağlayıb onu gücdən düşüncəyədək qovduqda, lap qiyamət olur. 


Sahildə bəzi evlər sıldırım qaya üzərində güclə dururdu, hamısı əyri-üyrü, yanları batıq idi, deyirdin ki, bu saat uçub suya töküləcək. Bu evlərin sahibləri çoxdan köçüb getmişdilər. Bəzi evlərin altındakı sahil bir tərəfdən uçub dağılmış, ev havadan asıla qalmışdı... Bu evlərdə hələ adam yaşayırdı, ancaq bu çox təhlükəli idi, çünki bəzən yerin ev boyda bir parçası gurultu ilə sürüşüb suya düşürdü. Elə vaxt olurdu ki, sahilin dörddə üç mil qədər yeri çökməyə başlayır, yavaş-yavaş hey çökür, çökür, nəhayət, yay vaxtı bütünlüklə uçub çaya tökülürdü. Belə bir şəhər həmişə geri çəkilməyə məcbur olur, çünki çay onu həmişə yuyub aparırdı. 


Günorta vaxtı yaxınlaşdıqca küçələrdə araba və at da çoxalırdı. Ailəli adamlar özlərilə birlikdə kənddən nahar gətirir və elə buradaca, arabanın içində yeyirdilər. Viski də çox içilirdi, mən hətta sərxoşların üç yerdə davasını da gördüm. Birdən kim isə qışqırdı: 
- Budur, qoca Boqs gəlir! O həmişə bork içmək üçün ayda bir dəfə kənddən buraya gəlir. Uşaqlar, budur, gəlib çıxdı! 
Avaralar sevindilər; mən elə düşündüm ki, onlar Boqsu ələ salıb oynatmağa adət etmişlər. Onlardan biri dedi: 
- Görəsən o, indi kimi vurub xurd-xeşil etməyə hazırlaşır? Əgər o, son iyirmi ildə vurub xurd-xəşil etmək istədiyi adamlan, doğrudan da, xurd-xəşil etsəydi, yaman ad-san qazanardı! 
Bir başqası dedi: 
- Qoca Boqs məni qorxudub təhdid etsəydi, nə yaxşı olardı, bilərdim ki, daha min il də yaşayacağam. 
Bu vaxt Boqs özü at belində, hindli kimi qışqırıb haray qopara-qopara gəlib yanımızdan keçdi: 
- Yoldan çəkil! Mən hərb yolu tutmuşam, tezliklə tabutlar bahalaşacaq! 
O yaman bərk içmişdi, yəhərin üstündə güc-bəla ilə dururdu; ona görkəmindən əllidən çox yaş vermək olardı, sifəti qıpqırmızı idi. Hamı ona gülür, nə isə deyir, sataşırdı, qoca isə onları söyür, deyirdi ki, növbə çatanda, onlarla da məşğul olar, indi isə vaxtı yoxdur. O, polkovnik Şerbornu öldürmək üçün şəhərə gəlib, onun şüarı belədir: "Əvvəlcə işini gör, boş şeylərlə sonra məşğul olarsan". Boqs məni görcək atını yanıma sürüb soruşdu: 
- Oğlan, sən hardan gəlmisən? Ölməyə hazırsan, ya yox? 


Sonra yoluna davam etdi. Yaman qorxdum, amma kim isə mənə dedi: - Fikir vermə, o elə-belə deyir, içəndə həmişə belə olur, Arkanzasda birinci dəlidir, amma pis adam deyil, nə sərxoş, nə də ayıq vaxtında milçəyi belə incitməz. 
Boqs şəhər dükanlarından ən böyüyünün yanına gedib örtüyün altından baxmaq üçün əyildi, sonra da çığırdı: 
- Şerborn, çıx buraya! Eşiyə çıx, yalançı, gəl üz-üzə görüşək! Mən səninçün gəlmişəm, əl çəkib geri dönən deyiləm, bildinmi? 


Sonra ağzına gələni deməyə başladı, Şerborna dünyada nə söyüş var yağdırdı, ağlına nə goldi dedi, küçədəkilər isə qulaq asır, gülür və omı daha da qızışdırırdılar. Dükandan təxminən altmış beş yaşlı, məğrur duruşlu bır adam çıxdı; o, çox yaxşı, şəhərdəkilərin hamısından yaxşı geyinmişdi; camaat kənara çəkilib ona yol verdi. O, çox təmkinlə, aram-aram Boqsa dedi: 
- Məni lap zara gətirmisən, ancaq bununla belə mən hələ gündüz saat birəcən səbir edib dözərəm. Gündüz saat birəcən, bildinizmi, artıq yox. Əgər ondan sonra ağzınızı açıb mənə lap bircə kəlmə də söysəniz, harda olsanız sizi axtarıb taparam. 
Sonra o, geri dönüb dükana getdi. Camaat, görünür, o saat ayılıb özünə gəldi, çünki heç kəs yerindən tərpənmədi daha, gülən də yox idi. Boqs yenə Şerborna söyo-söyə atını küçə ilə bir qədər sürdü, lakin azca sonra geri döndü; yenə gəlib dükanın qabağında dayandı, söyüşə isə ara vermirdi. Camaat Boqsun başına yığışıb onu sakit etmək istədi, lakin o, heç cür sakitləşmək bilmirdi; ona dedilər ki, artıq saat bırə on beş dəqiqə qalıb, yaxşısı budur çıxıb getsin, həm də cəld tərpənsin. Ancaq bunun bir faydası olmadı. O, əvvəlki kimi yenə də söyürdü. O, şlyapasını palçığın içinə atıb, atını onun üstündən sürdü, sonra isə küçə ilə dördnala çaparaq getdi, onun ağ saçları küləkdə yellənirdi. Gücü çatan hər bir kəs onu atdan düşürməyə çalışırdı, məqsədləri ayılıncayadək onu bir yerə salıb qapını qıfıllamaq idi, ancaq heç bir şey çıxmırdı, o yenə də atını küçə ilə çaparaq Şerbornu söyürdü. Nəhayət, kim isə dedi: 

 

- Qızının dalınca gedin! Tez gedib onun qızını gətirin! O, bəzən qızının sözünə baxır. Onu dilə tuta bilən bir adam varsa, o da qızıdır. 


Kim isə qaçmağa başladı. Mən küçə ilə bir qədər kənara gedib dayandım. Beş, ya on dəqiqədən sonra Boqs yenə də gəlib çıxdı, ancaq bu dəfə daha at belində deyildı. O, başıaçıq halda yırğalana-yırğalana küçə ilə gəlir, iki nəfər dostu isə əllərindən yapışıb onu itələyirdilər. O bir qədər sakitləşmişdi, sirsifətindən təlaş içərisində olduğıı görünürdü; o, nəinki dostlarına dirsəklənir, əksinə, elə bil ki, öz-özünü itələyirdi. Birdən kim isə: "Boqs!" - deyə qışqırdı. 


Mən kimin qışqırdığını görmək üçün geriyə boylandım, qışqıran polkovnik Şerbornun özü idi. O, küçənin tən ortasında hərəkətsiz halda dayanmışdı, əlində çaxmaqları ayağa çəkilmiş qoşalülə tapança vardı, o, tapançanı tuşlamamışdı, lüləsini yuxarıya tutmuşdu. Elə həmin dəqiqədə cavan bir qızın, onun ardınca da iki kişinin bu tərəfə qaçdığını gördüm. Boqs ilə dostları onu kimin çağırdığını görtnak üçün geriyə boylandılar, tapança isə aram-aram aşağıya endi, çaxmağı ayağa çəkilmiş qoşalülə indi düz hədəfə baxırdı. Boqs əllərini yuxarı qaldırıb qışqırdı: 


- Aman Allah! Atmayın! 
Part! Birinci güllə açıldı. Boqs əlləri ilə havadan yapışmaq istəyərək səndələdi. Part! İkinci güllə açıldı, Boqs əllərini yana açaraq ağır daş kimi yerə sərildi. Cavan qız qışqıraraq atasına tərəf atıldı, onun meyiti üstə yıxılıb şivən qopardı: 
- O atamı öldürdü, öldürdü! 


Camaat onların başına yığışdı; adamlar bir-birini itələyir, boyunlarını uzadıb hər şeyi yaxşıca görməyə çalışırdılar, ortada dayananlar isə onları itələylb qışqırırdılar: 
- Geriyə çəkilin! Geriyə! Hava çatışmır, yazıq nəfəs ala bilmir! 
Polkovnik Şerborn tapançanı yerə atdı, sonra dönərək çıxıb getdi. 


Boqsu yaxınlıqdakı aptekə apardılar; camaat yenə onları əhatəyə almışdı, bütün şəhər onun ardınca gedirdi, mən də özümü irəli soxub ap-tekin pəncərəsi yanında dayandım, buradan Boqsu yaxşıca görürdüm. Onu döşəmənin üstünə uzatdılar, başının altına qalını bir Tövrat soxdular, digər bir Tövratı isə açib onun sinəsi üstə qoydular; ancaq, əvvəlcə köynəyinin düymələrini açmışdılar, belə ki, güllələrdən birinin haraya dəymiş olduğunu görürdüm. Boqs on dəfəyə qədər dərindən nəfəs aldı, hər dəfə də sinəsi üstündəki Tövrat yuxarı qalxır, nəfəsini buraxanda yenə aşağı enirdi, sonra isə sakit oldu - öldü. Bu vaxt qızını ondan ayırıb başqa bir yerə apardılar; o hıçqırır, ağlayırdı. Qızın on altı yaşı olardı, quzu kimi sakit bir uşaq idi, ancaq, qorxudan bənizi yaman ağarmışdı. 


Azca sonra bütün şəhər buraya yığışmışdı; adamlar bir-birlərini itələyib güclə pəncərəyə yaxın keçməyə, öldürülən adamın meyitinə baxmağa çalışırdılar, ancaq əvvəldən burada olub özlərinə yer eləyənlər onları qabağa buraxmırdılar; təzə gələn adamlar onların arxasından elə hey qışqırırdılar: 


- Bura baxın, axı siz ki, görmüşsünüz, daha bəsdir də. Bu insafsızlıqdır! Düzünü deyirik, bu yaxşı deyil, elə hey orada durub başqalarını baxmağa qoymursunuz! Başqaları da sizdən az maraqlanmır, onlar da baxmaq istəyirlər! 


Onlar söyüşməyə başladılar, mən sürüşüb əkilməyi qət etdim; dedim ki, birdən bir xata-bala çıxar. Küçə adamla dolu idi, hamısı da bərk həyəcanlanmışdı. Polkovnikin güllə atdığını görənlərin hamısı hadisənin necə olduğunu nağıl edirdilər; hadisəni nağıl edən hər bir kəsin başına xeyli adam toplaşır, durub boyunlarını uzadaraq qulaq asırdı. Başındakı şiş xəz papağını peysərinə endirmiş uzun saçlı, arıq və uzundraz bir kişi əlindəki başı əyri əl ağacı ilə əvvəlcə Boqsun, sonra da polkovnikin dayanmış olduğu yeri cızıb göstərirdi. Camaat onun ardınca bir yerdən digər yerə gedib onun hər bir hərəkətini izləyir, sonra da hər bir şeyi başa düşürmüşlər kimi başlarını tərpədir, hətta əllərini bellərinə qoyub əyilir, onun bu yerləri əl ağacı ilə necə cızdığına baxırdılar. Sonra o qəddini düzəldib Şerbornun dayanmış olduğu yerdə hərəkətsiz halda durdu, qaşqabağını sallayıb papağını gözü üstünə basaraq qışqırdı: "Boqs!" Sonra əl ağacı ilə nişan alıb ilişdirdi, o səndələdi, ikinci dəfə ilişdirəndə, o arxası üstə yerə yıxıldı. Hadisəni görənlərin hamısı deyirdi ki, o, hər bir şeyi nöqtəsinə qədər düzgün təsvir edir, deyirdilər ki, hər şey məhz belə olmuşdur. Ona qədər adam öz viski şüşələrini çıxarıb onu qonaq etməyə başladılar.