Şeirlər

Mina Rəşid. Xarıbülbül

Sən güllər içində bir əfsanəsən,
Yurdun Qarabağdı, elin Şuşadı.
İllərdi kədərdən saraldın-soldun,
İndi zəfərimlə adın qoşadı.

 

Həsrətim, sonra da mübarizəmin
Nişanına dönən ay qızılgülüm.
Sən türk əsgərinin xatirəsisən
Sən şəhid yarısan, xarıbülbülüm.

 

Həmişə mənimlə bir olacaqsan
Yadlara uymayan vəfalı gülüm.
Sinəmə qonmusan bir ulduz kimi
Zəfər simvolumsan, xarıbülbülüm.