Şeirlər

Mina Rəşid. Xudafərin körpüsü

Xudafərin körpüsü,
Söylə, yaşın neçədi?
O əyyamlar nə cürə,
O zamanlar necəydi?

 

Cəbrayıl qızıl üzük,
O üzüyün qaşısan.
Qədim Azərbaycanın
Sən birlik nişanısan.

 

 

 

Arazımdan güc alıb,
Aləmə can atmısan.
Anam Azərbaycanı
Dünyaya tanıtmısan.

 

Üstündən yellər əsdi
Əyilmədin düşmənə.
Yenə üçrəngli bayraq
Dalğalandı köksündə.