Şeirlər

Aytac Mübarizqızı. Sözlərdən çələng hörürəm

Söz çələngim, söz ahəngim,
Onu bir dünya görürəm.
Güllər sözümdü elə bil,
Sözlərdən çələng hörürəm.


Bu nə sözdü, nə kəlmədi,
Yazdıqca ruhum sevinir.
Mən qalıram bir kənarda,
Sözüm mənə şeir deyir.


Söz çələngim dilə gəlib
Sanki nəsə danışacaq.
Mənə dediyi şeirdən,
Həzin bir nəğmə qoşacaq.

 

Aytac Mübarizqızı (Babayeva)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi