Aytac Mübarizqızı. Dəyər
Hər zaman istədim ki,
Yaxın bir dostum olsun.
Çox xoş və şad günümdə
Bir tək yanımda olsun.
Çox dəyər verdiklərin
Bəzən qədrini bilmir.
Üzünə güldüklərin,
Heç sənə önəm vermir.
Düşünüb daşınırsan
Həyatda olanları.
Yaşayıb anlayırsan
Baş verən yanlışları.
Həyata baxış tərzi
Başqadır hər insanda.
Dəyər də çox fərqlidir,
Hər böyükdə, uşaqda.
Yaşadığın həyatda
Çalış ki, dəyərli ol!
Sevdiyin insanlara
Hər zaman diqqətli ol!
Aytac Mübarizqızı (Babayeva)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi
05.06.2024