Bu maraqlıdır!

Kəşf olunmamış Anadolu: Frigiya – qaya sakinlərinin sivilizasiyası

Eramızdan əvvəl XII əsrdə Anadoluda formalaşmış sivilizasiyanın məskəni olan qədim Frigiya ərazisi müasir Türkiyədə turizmin perspektivli məkanlarından biri kimi tanınır.


Qayalarda yaşayış məskənləri, məbədlər və türbələrin oyulduğu friqlərin irsinə aid abidələri hər il yüz minlərlə turist ziyarət edir, bəziləri isə hava şarında Frigiya panoramasından həzz alırlar.