Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia
Türkiyənin qərbi Aralıq dənizinin Təkə yarımadasında yerləşən tarixi məkan Likya özünəməxsusluğu, heyrətamiz memarlığı ilə Anadolunun ən inkişaf etmiş sivilizasiyalarındandır.
23 şəhəri əhatə edən Likya birliyi hətta müasir demokratik sistemlərə də təsir göstərib. Likya yolu Xanthos, Myra, Olympos, Aperlai və Simena və digər şəhərlərdən keçir. Likya yolu, həmçinin Ölü dəniz, Kəpənəklər vadisi, Kabak körfəzi, Kalkan, Kaş, Olimp dağı, Gelidonya Fənəri, Çıralı və Göynük Kanyonu kimi təbiət möcüzələrinə malikdir.
Türkiyənin 800 kilometr uzunluğunda ən uzun piyada yolu olan Kariya da məhz Likya sərhədində yerləşir. Badam və zeytun bağları ilə tanınan Datça qədim Knidos şəhəri və yarımadanın ucundakı Dəvəboynu mayakı ilə məşhurdur.
Müasir Antalyanın cənubundakı mənzərəli dağlar arasında yerləşən Pisidia bölgəsi, 380 kilometrlik məsafəni əhatə edən Hetit yolu tarixiliyi, gözəl təbiət mənzərələri ilə diqqət çəkir. Adı UNESCO-nun Dünya İrs Siyahısına salınan Hattuşa 30 mindən çox gil lövhəyə malikdir. İlk yazılı sülh müqaviləsi olan Kadeş sülh müqaviləsi bu lövhələrdən ən məşhurudur.
Kütahya, Afyon və Əskişəhərin yerləşdiyi Dağlı Frigiya bölgəsi də 2015-ci ildən UNESCO-nun Dünya İrsinin Müvəqqəti Siyahısındadır. Afyonun qaya evləri, məzarları və kilsəsi ilə məşhur olan Ayazini kəndi tarixi yerlərdən biridir. Digər maraqlı yerlər arasında qayaya oyulmuş Avdalas qalası və Əmrə gölü, eləcə də Kütahyanın Aizonai antik şəhəri də var. Frigiyanın yaşayış məntəqəsi olan Yazılıkaya da maraqlı yerlərdən biridir.
05.07.2024