Mina Rəşid. Qar da Qarabağda sevinir indi
Bu il qarın başqa gözəlliyi var,
Azad Qarabağa nur yağır indi.
Qar sanki çiçəktək qonur torpağa
Qar da Qarabağda sevinir indi.
Bu qədər sevimli olmamışdı qar
Qar adam düzəltmək istəyirəm mən.
Düşüb uşaq kimi oymaqlarına,
Qartopu oynamaq keçir könlümdən.
Yurduma yağan bu qar da gözəldi,
Qarabağda payız, yaz da gözəldi.
Dağları, bağları, çölü tamaşa,
Burda çal-çağır da, söz də gözəldi.
Bu il qarın başqa gözəlliyi var,
Azad Qarabağa nur yağır indi.
Qar sanki çiçəktək qonur torpağa
Qar da Qarabağda sevinir indi.