Cəvahir Tanrıverdi. Xarıbülbül
Güllərin arasında
Bir gül var - vətən qoxur.
Üzərində hər zaman
Bülbüllər nəğmə oxur.
İgidlər onun üçün
Torpağa can qoydular.
Üçrəngli bayrağını
Düz yanına sancdılar.
Xarıbülbül vətəndə
Qələbə rəmzi oldu.
Bülbülün şad nəğməsi
Xalqımın səsi oldu.