Cəvahir Tanrıverdi. Qatar
Qatar - qatar oynayır
Evdə Jalə və Elçin.
Qoşulub qonşuluqdan
Oyuna Əli, Gülçin.
Tappıltıdan titrəyir
Evin hər bir otağı.
Sanki, qaya parçası
Düşür üzüaşağı.
Baba dedi: -Ay bala,
Qonşulara səs gedir.
- Biz deyilik, ay baba,
Evdən bir qatar keçir.
12.07.2024