Şeirlər

Teymur Elçin. Analar və laylalar

Hər anaya —
öz balası
hər balaya —
öz laylası.
Gecələrin yuxusu var,
Gecələrin qorxusu var,
Gecələri oyaq qalır,
Layla çalır
Analar.
Hər biri öz dilində.
Nə deyir laylasında
Ana maral, ana fil, —
nə deyir?
Nə deyir laylasında
Ana qartal, ana şir?
Dovşanların anaları,
İnsanların anaları —
nə deyir?