Şeirlər

Cəvahir Tanrıverdi. Şahmat

Taxtadan bir lövhə var,
Xanaları ağ, qara.
On altı fiquru ağ,
On altı fiqur qara.

 

Şahla vəzir, fil, top, at
Bir cərgəyə qoyulur.
Qarşıda səkkiz əsgər 
Bu sarayı qoruyur.

 

Bu bəxt oyunu deyil,
Burda düşünmək gərək.
Təklükə yaransa, şah 
Yeri dəyişə gərək.

 

Bəzən oyun gedişi 
Lap günlərlə uzanır.
Rəqib şahı mat edən 
Bu oyunu qazanır.