Şeirlər

Cəvahir Tanrıverdi. Selcan şahmat öyrənir

Selcan şahmat öyrənir,
Düzür topu,  atını.
Biləndə təəccüb etdi
Fiqurların adını.

 

Filin xortumu yoxdur,
Atın da ayaqları.
Şah taxtda oturmayıb,
Onun sarayı hanı?

 

Anasını durmadan
Selcan suala tutdu:
-Əsgərə geydirməyə
Əsgər paltarı yoxdur?

 

Topun lüləsi hanı?
Atəş səsi də gəlmir.
Ana, bəlkə bu oyun
Şahın xoşuna gəlmir?