Şeirlər

Mina Rəşid. Xankəndiyə gedirəm

Sən qəlbimin sevinci,
Nurlu, aydın səhərim.
Şəhərlərin içində
Ay mirvari şəhərim!

 

Yadındamı uşaqkən
Biz qoynuna gəlmişdik.
Onda anam sağ idi,
Sevinmişdik, gülmüşdük.

 

…Sonra anam vaqonda
Həsrətindən saraldı.
Dözmədi ayrılığa
Ömrümüzü qar aldı...

 

Səni heç unutmadım
Nələr çəkdim, can yurdum...
Xəyalınla qəlbimə
Naxış saldım, gül vurdum...

 

İndi anam sevinir
Ruhu şaddır, görürəm.
Çünki Ağdamdan yenə
Xankəndiyə gedirəm...