Sağlamlığımız və vərdişlərimiz
Sağlam yaşamaq istəyiriksə, bəzi qaydalara əməl etməli, onları vərdiş halına salmalıyıq. Vərdiş insanın hər gün təkrar etdiyi hərəkətlərdir. Məsələn: gigiyena qaydalarına əməl etmək, əlləri tez-tez sabunla yumaq, dişləri fırçalamaq kimi. Düzgün qidalanmaq, idmanla məşğul olmaq və s. kimi hərəkətləri də vərdiş halına salmaq lazımdır. Sağlam olmaq üçün özümüzü soyuqdan və ya istidən qorumalı, hər zaman mövsümə və hava şəraitinə uyğun geyinməliyik. Telefona, kompüterə və televizora uzun müddət baxmağın, fasiləsiz olaraq oyun oynamağın düzgün vərdiş olmadığını da anlamalıyıq. Unutmayaq ki, sağlamlığımızı qoruyan qaydalara kiçik yaşlardan diqqət etmək lazımdır. Çünki uşaqlıqda qazandığımız vərdişlər bütün həyatımız boyu bizimlə birlikdə yaşayacaq.
31.07.2024