Cəvahir Tanrıverdi. Dilimizi qoruyaq
Bizim dövlət dilimiz
Azərbaycan dilidir.
Bu qədim yurd xalqımın
Vətənidir, elidir.
Bu dil xalqın tarixi,
Şanlı yolun dilidir.
Bu dil ürəyimizin
Sevgi dolu dilidir.
Bu dil anamın dili -
Ən şirin kəlmələrlə.
Sözləri xalı kimi
İşlənib ilmələrlə.
Dilimiz çirklənməsin
Yad dillərin sözündən.
Əmanətdir dilimiz
Qədim türkün izindən.
Bu dilin keşiyində
Əsgər kimi dayanaq.
Dilimizi sevərək
Yad sözlərdən qoruyaq!