İsa İsmayılzadə. Dalğalar üzə bilirmi
— Harda yaşayır dalğalar?
— Dənizdə.
— Dalğaların evi varmı?
— Var.
— Sahildə də yaşayarmı?
— Yox.
— Üzə bilirmi dalğalar?
— Səndən yaxşı,
Məndən yaxşı.
Bütün günü, bütün ili,
Yazı, yayı,
Payızı, qışı...
— Üzə bilir deyirsən?
Bəs niyə həmişə uşaqlar kimi
Tutur əl-ələ,
Qaçır sahilə?
Bəlkə boğulmaqdan
Qorxur dalğalar?
Bəlkə yıxılmaqdan
Qorxur dalğalar?