Şeirlər

Cəvahir Tanrıverdi. Lalə

Mənim adım lalədir,
Ləçəyim piyalədir.
Yanaqlarım qırmızı,
Özüm də ellər qızı.

 

Mənim adım lalədir,
Dərsən, işim nalədir.
Tökülləm ləçək - ləçək,
Qəlbim səndən küsəcək.

 

Mənim adım lalədir,
Bəs sənin adın nədir?
 O qız sevinclə dindi:
"Biz ki adaşıq", - dedi.