Şeirlər

Cəvahir Tanrıverdi. Vətəndaş

Sən bu torpağın
Kükrəyən səsi.
Sən bu torpağın
Coşan nəfəsi.


Sənin adına
Bağlıdır Vətən.
Xalqını sevər
Vətəni sevən.


Soyunu tanı,
Tarixini sev.
Yurda can qoyan
İnsanını sev.


Sev ana yurdun
Hər bucağını.
Yuva adlanan
Hər ocağını.


Qorunmalıdır
Bu yer, bu dağ-daş.
Bunu anlayan
Olar vətəndaş.