Fikrət Sadıq. Sözün yeri
«Qarı nәnә»yә
«Qoca xala»
Demә, bala.
Qarı qarıdır,
Qoca qocadır.
Sözlәr qoһumdur—
Mәna һaçadır.
Susuz dәrәyә
Yaşıl tala
Demә, bala.
Dәrә dәrәdir,
Tala taladır.
Sözü yerindә
Desәn bal dadır.
Yersiz deyilsә,
Söz sәndәn küsәr.
Mәna axsayar,
Yarımçıq olar.
Söz tikan olar,
Söz qılçıq olar.
Deşәr qulağı,
Dili dalayar.