Şeirlər

Cəvahir Tanrıverdi. Payızda

Tutdu yenə göy üzünü buludlar,
Yağdı yerə leysan təki yağışlar.
Şux yarpaqlar xəzan olub töküldü,
Çiçəklərin yerdə boynu büküldü.

 

Göy üzünün qanadlandı şimşəyi,
Amma bağlar yaxşı qurdu kələyi-
Alma, armud, heyva və nar gətirdi,
Uşaqları arzusuna yetirdi.