Akvarel
Təbiətdə hər bir varlığın öz rəngi var. Bu zəngin rəng çalarlarını boyaların köməyi ilə bizə çatdıran təsviri sənət növü rəngkarlıq adlanır. Rəngkarlıqda əsas ifadə vasitəsi — rəng və ləkədir.
Rəngkarlıq əsərləri kağızda, kartonda, kətan və divar üzərində yaradıla bilər. Rəsm zamanı quaş və akvarel boyalarından istifadə olunur.
Boyaların müxtəlif xüsusiyyətləri var.
Akvarel və ya sulu boya su ilə birgə istifadə olunan boya növüdür. Akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur.
Akvarellə işləyərkən ağ boyadan istifadə olunmur. İş zamanı sudan çox istifadə etmək lazımdır.
Bu gözəl su boyaları qədim zamanlarda da istifadə edilmişdir: misirlilər - papirusda, Şərq ölkələrində isə ipək və fil sümüyü üzərində bu boyalardan istifadə olunurdu. Rus sənətkarlar akvarellə əlyazma kitablarında rəsmlər və böyük hərflər çəkirdilər.
20.09.2024