Şeirlər

Coşqun Xəliloğlu. Azərbaycan əsgəri

Məhv eylədi yağını,
Söndürdü çırağını.
Aldı öz torpağını
Azərbaycan əsgəri.

 

Göstərdi mərdlik, hünər,
Xilas etdi kənd-şəhər,
Qazandı şanlı zəfər
Azərbaycan əsgəri.

 

 Tökdü şərin gözünü,
Bükdü düşmən dizini,
Söylədi haqq sözünü
Azərbaycan əsgəri.

 

Canında yurd odu var,
Mübariz  Poladı var.
Necə gözəl adı var,
Azərbaycan əsgəri.

 

Boğdu şəri-şeytanı,
Heyran etdi dünyanı,
Bir igidlik dastanı
Azərbaycan əsgəri.


Qorxmazdı, cürətlidir,
Mətin, cəsarətlidir,
Yurda sədaqətlidir,
Azərbaycan əsgəri.


Ayıq-sayıq dayanıb,
Xalqım ona inanıb.
Ölməz şöhrət qazanıb
Azərbaycan əsgəri.