Cəvahir Tanrıverdi. Gizlənqaç
Gözlərimi yummuşam,
Ona qədər saymışam.
Gözlərimi açınca
Mən Aytacı tapmışam,
Sağa doğru baxınca
Mən Ərtacı tapmışam.
Bircə Nurtac qalıbdır.
“Tez çıx ortaya, Nurtac,
Birdən yağış başlayar,
Oyun bizdən inciyər,
Çünki yarımçıq qalar”.