Şeirlər

Cəvahir Tanrıverdi. Selcanın dostu

Üç yaşında Selcanın
Kitab düşmür əlindən.
Axı Selcan nə anlar
Kitabların dilindən?

 

Şəkillərlə bir dünya
Əyləncə olur kitab.
Selcanın oxuduğu
Sözlərlə dolur kitab.

 

Kitabsız gecələr də
Yuxu getmir gözünə.
Kitabı həmdəm bilir
Selcan hər an özünə.