Şeirlər

Gülzar İbrahimova. Dəcəl cücələr

Yumurtadan bir səhər

Çıxdı qəşəng cücələr.

İkisi sarı, ikisi qara,

İkisi də ki ala-bula

Bu dəcəl balacalar

Hər yanı dağıtdılar

Ora-bura qaçaraq,

Su qabın aşırtdılar.

Anaş toyuq onların

İtirdi birdən sayın

Kömək edin siz ona,

Cücələrini saysın.