Nağıllar, hekayələr

Əqrəb və Qurbağa

Əqrəb çayı keçmək istəyirdi.
Amma üzə bilmirdi.
O, Qurbağaya yaxınlaşdı:
– Qurbağa qardaş, kömək elə, çayı keçim.
Qurbağa Əqrəbə çayı keçməyə kömək etdi.


Çayın ortasına çatanda Əqrəb dedi:
– Qurbağa qardaş, gərək mən səni sancım.
– Ay Əqrəb, axı mən sənə kömək edirəm.


Məgər yaxşılığın əvəzini belə çıxarlar?!
Əqrəb:
– Bağışla, Qurbağa qardaş. Mən əqrəbəm, sancmaq mənim adətimdir.
Qurbağa təəssüflə cavab verdi:
– Düzdür, sən əqrəbsən! Ancaq bil ki, mən də qurbağayam. Hərdən suyun altı ilə üzürəm.


Bunu deyib Qurbağa suyun altına girdi.