Şeirlər

Mina Rəşid. Zəfər Günün Mübarək

Sən yenidən doğuldun,
Bu gün sənin günündü.
Bu gün bizim günümüz,
Bu gün mənim günümdü.

 

Haqq, ədalət nişanı
Qanadlanır bayrağım.
Bu gün bütün dünyada
Dalğalanır bayrağım.

 

 

Bütün türk dünyasının
Üzü gülür bu gündə.
Biz Zəfər qazanmışıq
Sevinir ay da, gün də!!!

 

Ali baş komandanım
Dincəlmədi bir an da!
Hərə bir əsgər olub
“Dəmir yumruq” olanda...

 

Bütün dünya gördü ki,
Haqqın öz divanı var.
Şəhidlər al qanıyla
Böyük tarix yazdılar.

 

Sinəsini bu yurda
Sipər edən oğullar.
Başınıza dolanım
Qazilər – uca dağlar!

 

Kövrəlirəm, həm də ki,
Qürurlanır ürəyim...
Azərbaycan anamdı,
Qarabağ gözbəbəyim.

 

Nələr çəkdi başımız
Heç unutmayaq gərək.
Gözlərin aydın, Vətən
Zəfər günün mübarək,!!!