Bu maraqlıdır!

Meşələrin seyrəlməsi həşəratların rənginə təsir edir

Yeni Zelandiyada yaşayan milçəklərin rəngi meşənin sıxlığından asılı olaraq dəyişir. Qalın meşəlik ərazidə yaşayan milçəklərin rəngi qara olduğu halda, meşələr seyrəldikcə onların rəngi sarıya və boza doğru dəyişir.

 

AZƏRTAC xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan məqalədə deyilir.

 

Məqalə müəllifləri bildirirlər ki, rəng canlılar üçün çox vacibdir. İlk növbədə özünü qorumaq, təbii düşmənlərindən gizlənmək üçün kamuflyajın həyati əhəmiyyəti var. Yeni Zelandiyada yaşayan milçəklərin rəngi qara olarsa açıq ərazidə dərhal seçiləcək.

 

Tədqiqatçılar bunun ilk hal olmadığı qənaətindədirlər. Avropada sənaye inqilabı dövründən meşələr hislə örtüldüyü zaman bəzi kəpənəklərin rəngi sarıdan qaraya dəyişmişdi.