Şeirlər

Aqniya Barto. Ördək balaları

Səhər çağı gözəl olur

Çay qırağı, su kənarı...

Ana ördək aparırdı

Çolpaları çaya sarı.

Bu çolpalar rəngbərəngdir,

Biri kiçik, biri böyük, 

Suya girib üzüb onlar

Dəstə-dəstə, bölük-bölük.

Birisi lap balacadır, 

Lüməkdir, bapbalacadır,

Üzə bilmir yazıq hələ,

Ana ördək deyir belə:

-Sürətlə üz!

Qorxma, suda yox olmazsan,

Cəsarətli olsan əgər,

Heç bir zaman boğulmazsan!