Cəvahir Tanrıverdi. Göy qurşağı
Yağış dayanan kimi
Günəş varsa səmada,
Yeddi rəngə bürünər,
Çox sevinər səma da.
Bənövşəyi, mayi, göy,
Yaşıl, sarı, narıncı,
Lap üstündə qırmızı-
Hər rəng sanki bir inci.
Bu yeddi rəng birlikdə
Göy qurşağı adlanır.
Onu göydə görüncə
Yerdəkilər şadlanır.