Xanımana Əlibəyli. Şəkilli kitab
Şəkillərlə doludur
Rəngli kitabın içi.
Baxın, bu kənd yoludur,
Gedir yolla biçinçi.
Bu əkilən darıdır,
Sünbülü sapsarıdır.
Buğdadır taya-taya
Günəş yol salır çaya.
Bu körpəyə baxsana,
Quzu kimi mələyir.
Ağac altında ana,
Onu açıb bələyir.
Çöldə güllərə bax sən,
Yaşıl, qırmızı, abı.
Lap çox istəyirəm mən
Belə rəngli kitabı.
Mənəm bu balaca qız,
Güldən başlıq toxudum.
Kitabımı yazısız
Gördüz necə oxudum?
25.11.2024