Şeirlər

Mina Rəşid. Can, Qarabağ, Qarabağ

Şəhid olsam da, nə dərd,
Oğulların igid, mərd,
Babalardan əmanət
Can, Qarabağ, Qarabağ!

 

Ay dumanlı dağlarım,
Nəğməli bulaqlarım,
Gəldi gözəl çağlarım
Can, Qarabağ, Qarabağ!

 

Doğma yurdum, qismətim,
Otuz illik həsrətim, 
Səni Haqqdan istədim
Can, Qarabağ, Qarabağ!

 

Ürəyimdə qəm idin,
Gözlərimdə nəm idin,
Sənə can qurban dedim
Can, Qarabağ, Qarabağ!

 

Açılsın qönçə gülüm,
Dinsin sarıbülbülüm,
Mənim muğamat dilim 
Can, Qarabağ, Qarabağ!