Şeirlər

Mina Rəşid. Laçın

Laçın mənim dünyamdı,
Laçın iki gözümdü.
Qoy var olsun ordumuz,
Laçın yenə bizimdi.
 
Suyu, havası təmiz,
Burda yaxındı göylər.
Dağlar qoynunda şəhər
Sənə min nağıl söylər.
 


Sanki Həkəri çayı
Sevincdən gəlib cuşa.
Burda dağ-daş möcüzə,
Bulaqlar qoşa-qoşa.
 
Bax, yenə də nur saçır,
Abadlaşır diyarım.
Laçın qayalarında
Dalğalanır bayrağım.