Şeirlər
Mina Rəşid. Ali Baş Komandanım
Yatmadı sübhə qədər
Ali Baş Komandanım.
Düşmənlərlə savaşdı
Ali Baş Komandanım.
Qalmamışdı dözümü,
Çox sərt dedi sözünü,
Oydu düşmən gözünü
Ali Baş Komandanım.
Hamı ona "Can!" dedi,
"Bu müqəddəs an" dedi,
"Can, Azərbaycan!" dedi
Ali Baş Komandanım!
24.12.2024